Accessibility links

Discovery tele-kanalı Azərbaycan haqda proqram yayımlayır


Discovery tele-kanalı Azərbaycan haqda proqram yayımlayır

Discovery tele-kanalı Azərbaycan haqda proqram yayımlayır

Amerikanın Discovery tele-kanalında Azərbaycanda inşaat layihələrinə həsr edilmiş proqramlar yayımlanmağa başlayıb. Bu haqda Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin pres-relizində məlumat verilir.Tanınmış aparıcı Denni Forsterin dünyada ən möhtəşən memarlıq və inşaat layihələri haqda “Build it Bigger/Extreme Engineering”( Həhəng tikintilər/Ekstremal mühəndislik) proqramının üç buraxılışı Azərbaycana həsr edilib. Proqramda Bakıda Heydər Əliyev Mədəniyyət Mərkəzi və Odlar Yurdu Qalası layihələrindən söhbət açılır. Özünün veb səhifəsində Denni Forster yazır ki, siyasi müstəqilliyinin ardınca maliyyə müstəqilliyini əldə edən Azərbaycan milli xarakterini qoruyaraq özü-özünü yenidən kəşf etməyə başlayır. Discovery kanalının veb səhifəsində deyilir ki, layihələr müvəffəqiyyətlə başa çatsa, Bakı dünyanın ən özünəxməxsus gözəl şəhərlərindən biri olacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG