Accessibility links

Xəstələri qorxutmayacaq yeni diş müalicəsi [Video]


Xəstələri qorxutmayacaq yeni diş müalicəsi
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Xəstələri qorxutmayacaq yeni diş müalicəsi

Reminova adlı Britaniya şirkəti kariesin erkən mərhələdə təbii üsülla yenidən minerallaşması metodunu inkişaf etdirib

Bir çox insan diş həkiminə getməkdən qorxur, buna səbəb stomatoloqun burğu alətidir. Artıq qorxmaq lazım deyil! Britaniyalı bir şirkət tərəfindən hazırlanmış yeni texnologiya dişlərin təbii üsulla sağalmasını sürətləndirərək karyeslərin mexaniki təmizlənməsini aradan qaldıracağını vəd edir.

Sağlam kalsium və fosfat minerallar diş minasına yeridilir və sağlam üsulla minaya yapışıb qalır

100 ildən çoxdur diş həkimləri burğu aləti ilə çürümüş diş toxumalarını çıxarıb yerini metal və ya plastk materialla doldurmaqla kariesləri sağaldırdılar.

Kariesin dərinliyindən asılı olaraq bu üsul xəstə üçün çox ağrılı ola bilər və bu proses bir neçə dəfə təkrarlanmalıdır.

“Dişin ömrü boyu bu proses davam edir.”

Zədələnmiş diş minası təbii yolla bərpa oluna bilər, amma bu proses balaca çatlarda yığışan bakteriyaların qarşısını almaq üçün çox ləngdir.

Reminova adlı Britaniya şirkəti kariesin erkən mərhələdə təbii üsülla yenidən minerallaşması metodunu inkişaf etdirib.

“Biz bu prosesi sürətləndirməyin yolunu tapmışıq. Sağlam kalsium və fosfat minerallar diş minasına yeridilir və sağlam üsulla minaya yapışıb qalır."

Yeni kariesi bu üsulla təmizləyəndən sonra diş həkimi dişin üzərinə mineral məhlul çəkir və xəstənin hiss etmədiyi dərəcədə zəif elektrik cərəyan vurur.

Dişə yeridilmiş mineral çox sürətli bir şəkildə bərkiyir və diş boşluğunu tam doldurur. Araşdırmaçılar bu üsulun asanlıqla uşaqlarda da tətbiq oluna biləcəyini deyirlər.

Uşaqlar diş həkiminə gedəndə müsbət təəssürat alırlarsa, onlar gələcəkdə daha pozitiv olacaqlar və daha müntəzəm olaraq diş həkiminə gedəcəklər

“Uşaqlar diş həkiminə gedəndə müsbət təəssürat alırlarsa, onlar gələcəkdə daha pozitiv olacaqlar və daha müntəzəm olaraq diş həkiminə gedəcəklər.”

Stomatoloqlar qeyd edir ki, yeni üsul kariesin erkən mərhələlərində daha effektivdir. Bu isə o deməkdir ki, dişin daimi yoxlanılması vacibdir. Bu yeni müalicə kariesin adi təmizlənmə prosesi qədər çəkir.

Araşdırmaçılar yeni üsulun təkmilləşdirilib kariesin daha sonrakı mərhələlərdə müalicə olunmasına gətirib çıxara biləcəyini deyirlər. Onlar həmçinin xatırladırlar ki, dişləri müntəzəm qaydada ftoridli diş məcunu ilə fırçalamaq kariesin qarşısını almağın başlıca yoludur.

XS
SM
MD
LG