Accessibility links

Türkiyədə bomba hücumu nəticəsində 4 nəfər ölüb


Türkiyədə kürdlərin çoxluq təşkil etdiyi Diyarbakır şəhərində maşın bombasının partlaması nəticəsində 4 nəfər ölüb, azı 14 nəfər xəsarət alıb.

Türkiyə mətbuatının bildirdiyinə görə, bomba xüsusi polis qüvvələrini daşıyan maşının şəhərin əsas avtobus terminalından keçərkən partlayıb.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Bu ilin əvvəli paytaxt Ankarada iki bomba hücumunu PKK-nın bir qolu həyata keçirdiyini etiraf edib.

Fevralın 17-də PKK yaraqlıları avtobusu partladanda əksəriyyəti əsgərlər olmaqla, 29 nəfər ölüb. Martın 13-də kürd üsyançılarının həyata keçirdiyi partlayış nəticəsində iki hücumçu daxil olmaqla, 37 nəfər həlak olub.

Martın 19-da İstanbulda baş verən intiharçı hücumu isə 5 nəfərin ölümünə, azı 36 nəfərin yaralanmasına səbəb olub.

XS
SM
MD
LG