Accessibility links

Dik Çeyni memuarında qaranlıq məqamlara aydınlıq gətirir


Dik Çeyni memuarında qaranlıq məqamlara aydınlıq gətirir
Dik Çeyni memuarında qaranlıq məqamlara aydınlıq gətirir

New York Times-ın əldə etdiyi ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyniyə məxsus memuarda müəllif 2007-ci ildə Suriyaya məxsus nüvə reaktorunu bombalamağı prezident Corc Buşa tövsiyə etdiyini yazır.

O zaman Çeyni cənab Buşa reaktora qarşı hərbi ölçü götürməyi məsləhət görmüşdü. Bundan az sonra İsrail reaktoru məhv etmişdi. Çeyni yazır ki, prezident onun məsləhətini rədd edərək diplomatik yanaşmaya üstünlük verdi.

"Mənim Vaxtlarımda: Şəxsi və Siyasi Memuar” adlanan kitabda Dik Çeyni Buş administrasiyasının bir neçə üzvünü tənqid edir.

Cənab Çeyni sabiq dövlət katibi Kolin Pauelli İraqdakı müharibə səylərini əngəlləməkdə, Kondoliza Raysı isə Şimali Koreya iə danışıqlarda göstərdiyi sadəlöhvlükdə qınayır.

XS
SM
MD
LG