Accessibility links

Dmitri Medvedev Avrasiya Birliyi barədə razılıq əldə edəcəyinə ümid bəsləyir

  • Amerikanın səsi

Dmitri Medvedev Avrasiya Birliyi barədə razılıq əldə edəcəyinə ümid bəsləyir

Dmitri Medvedev Avrasiya Birliyi barədə razılıq əldə edəcəyinə ümid bəsləyir

Rusiya prezidenti Dmitri Medvedev Rusiya, Qazaxıstan və Belarusun “Avrasiya Birliyi” barədə razılıq əldə edəcəyinə ümid bəslədiyini bildirib.

Rusiya prezidenti Belarus və Qazaxıstanlı həmkarları-Aleksandr Lukaşenko və Nursultan Nazarbayevlə görüşməlidir. Liderlər iqtisadi integrasiya məqsədi ilə yaradılan qurumla bağlı müzakirələr keçirəcək.

Keçən ay Rusiyanın baş naziri Vladimir Putin sabiq Sovet respublikalarının qatılacağı birliyin Avropa İttifaqına bənzər bur qurum olacağını bildirmişdi. Avrasiya Birliyinə mövcud gömrük birliyi təməl olacaq və qurum Asiya-Sakit okeanı regionu ilə iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcək.

XS
SM
MD
LG