Accessibility links

Dmitri Medvedev islahatların sürətləndirilməsinə çağırdı


Son aylarda Dmitri Medvedevlə baş nazir Vladimir Putin arasındakı ideoloji fərqlər daha bariz formada nəzərə çarpmağa başlayıb

Son aylarda Dmitri Medvedevlə baş nazir Vladimir Putin arasındakı ideoloji fərqlər daha bariz formada nəzərə çarpmağa başlayıb

Prezident Dmitri Medvedev deyir ki, Rusiyanın gələcəyi hökumətin nəzarətində olan şirkətlərin özəlləşdirilməsindən və Moskvada cəmləşmiş siyasi səlahiyyətlərin bölünməsindən asılı olacaq.

Sankt-Peterburqda bir araya gələn siyasi və biznes liderləri qarşısında çıxış edən cənab Medvedev deyib ki, gələn il kimin prezident seçiləcəyindən asılı olmayaraq ölkədə islahatlar aparılmalıdır.

Onun sözlərinə görə prezident şəxsi seçimi budur ki, Rusiya dövlət şirkətlərinin satılmasını sürətləndirməli, bürokratiyanı aradan qaldırmalı və Dünya Ticarət Təşkilatına daxil olmalıdır.

Onun dediyinə görə sabitlik durğunluq potensialını gizlədə bilər.

Rusiyada əsas söz sahiblərindən biri sayılan baş nazir Vladimir Putin sabitliyi öz hökumətinin təməl prinsipi kimi qəbul edib.

XS
SM
MD
LG