Accessibility links

Dmitri Medvedev: Qəzzafi hakimiyyətdən getməlidir!


Dmitri Medvedev: Qəzzafi hakimiyyətdən getməlidir!
Dmitri Medvedev: Qəzzafi hakimiyyətdən getməlidir!

Bu gün NATO hərbi təyyarələri nadir hal olaraq Liviya paytaxtı Tripoliyə gündüz çağı hava zərbələri endiriblər. Şəhər boyu partlayışların gurultusu ucadan eşidilib.

NATO Müəmmər Qəzzafinin bəzən yaşadığı ərazidə maşın anbarını hədəf aldğını deyir. Fransa Xəbər Agentliyi partlayış baş verən ərazidən səmaya tüstü qalxdığını xəbər verib.

Bu arada Liviyanın uzun müddət müttəfiqi olmuş Rusiya cənab Qəzzafinin devrilməsi üçün razılığa vasitəçi olmağı təklif edib. Rusiya prezidenti Dmitri Medvedev Qəzzafinin hakimiyyətdən getməli olduğunu bildirib. Rusiya lideri bu bəyanatı Fransada Böyük Səkkizlərin sammitində verib. Elə həmin gün Kreml üsyançıların iqamətgahı Benqaziyə elçi göndərdiyni elan edib.

Dünən Qəzzafiyə sadiq qüvvələr ölkənin üçüncü ən iri şəhəri olan Misratanı zəbt etmək üçün hücuma keçmişdilər. Şəhərin bir neçə hissəsində tərəflər arasında şiddətli döyüşlər gedib.

XS
SM
MD
LG