Accessibility links

Dmitri Medvedev İtaliyada səfərdədir


Dmitri Medvedev İtaliyada səfərdədir
Dmitri Medvedev İtaliyada səfərdədir

Onun Roma Papası ilə görüşü gözlənilir

İtaliyada səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevin Roma papası XVI Benediktlə görüşməsi planlaşdırılıb.

Rusiya prezidenti İtaliyaya 2 günlük səfərinə dünən başlayıb. Səfərin məqsədi iki ölkə arasında enerji, müdafiə və mədəni sahələrdə əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Prezident Medvedev və İtaliya baş naziri Silvio Berluskoni Rusiyanın təbii qaz şirkəti Qazprom və İtaliyanın ENI şirkətləri arasında 170 milyon dollarlıq sazişin imzalanması mərasimində iştirak edib. Razılığa görə, ENI Liviyanın “Fil” yatağındakı 33 faizlik səhminin 50 faizini Qazproma ötürəcək. Saziş Liviya rəhbərliyi tərəfindən də təsdiq olunmalıdır.

XS
SM
MD
LG