Accessibility links

Dmitri Medvedev yenidən prezidentliyə namizədliyini irəli sürə bilər


Dmitri Medvedev yenidən prezidentliyə namizədliyini irəli sürə bilər

Dmitri Medvedev yenidən prezidentliyə namizədliyini irəli sürə bilər

Rusiya prezidenti Norvec qəzetinə müsahibədə bildirib ki, baş nazir Vladimir Putinin başlatdığı siyasi kursu davam etdirmək üçün o, hakimiyyətdə qalmağı nəzərdən keçirə bilər.

Rusiya Prezidenti Dmitri Medvedev 2012-ci ildə prezidentlik dönəmi başa çatdıqdan sonra yenidən seçkilərə qatıla biləcəyinə işarə edib. Cənab Medvedev Norvec qəzetinə müsahibədə bildirib ki, baş nazir Vladimir Putinin başlatdığı siyasi kursu davam etdirmək üçün o, hakimiyyətdə qalmağı nəzərdən keçirə bilər. O, həmçinin söyləyib ki, bunu etmək üçün Rusiya vətəndaşları onun fəaliyyətini bəyənməli və yeni dönəmdə o, nailiyyətlər əldə etməlidir. Ötən ilin sonunda cənab Medvedev demişdi ki, prezident seçkilərində yenidən iştirakını o, cənab Putin və siyasi müttəfiqləri ilə müzakirə edəcək. Cənab Putin 2000-ci ildən 2008-ci ilədək Rusiyanın prezidenti olmuş və Konstitutsiyada müəyyən edilmiş dönəm məhdudiyyətinə uyğun olaraq hakimiyyəti tərk etmişdir. Vladimir Putin 2012-ci ildə yenidən prezident seçkilərində namizədliyini irəli sürə bilər.

XS
SM
MD
LG