Accessibility links

Dmitri Medvedev Vladimir Putindən fərqləndiyini deyir


Dmitri Medvedev Vladimir Putindən fərqləndiyini deyir
Dmitri Medvedev Vladimir Putindən fərqləndiyini deyir

Rusiya prezidenti Dmitri Medvedev gələn il ikinci dəfə prezidentliyə namizədliyini verib-verməməsi barədə düşünməyin hələ tez olduğunu deyib. Lakin cənab Medvedev Skolkovo texnoloji mərkəzində mətbuat konfransında yüzlərlə müxbirə bu barədə qərarını qısa müddətdə verəcəyini bildirib. O, eyni zamanda mətbuat konfransının bu cür məlumat yayımlamaq üçün münasib yer olmadığını bildirib.

Cənab Medvedev əlavə edib ki, ölkənin modernizasiya sürəti ilə bağlı onun düşüncələri Vladimir Putininkindən fərqlənir. Belə ki, cənab Putin islahatların tədrici xarakter daşımasının tərəfdarı olduğu halda, Medvedev islahatların sürətləndirilməsini tələb edir. Həmçinin, Medvedev Putindən fərqli olaraq sabiq neft maqnatı Mixail Xodorkovskinin azadlıqda olmasını təhlükə kimi qiymətləndirmir.

Cənab Medvedev hal-hazırda baş nazir vəzifəsində çalışan sabiq prezident Vladimir Putinin yetirməsi hesab edilir. Gələn ilin mart ayında keçiriləcək seçkilərdə cənab Putinin də prezidentliyə namizədliyini verəcəyi gözlənilir.

XS
SM
MD
LG