Accessibility links

Rusiya hökuməti sədrinin müavini Azərbaycanda səfərdə olub


Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozinlə prezident İlham Əliyevin görüşü

Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozinlə prezident İlham Əliyevin görüşü

Tərəflər hərbi sənaye sahəsində əməkdaşlığın uğurlu inkişafından danışıb. Müstəqil ekspertlər Qəbələ RLS-in müzakirə edildiyini düşünür

Rusiya Hökuməti sədrinin müavini Dmitri Roqozin Azərbaycanda səfərdədir.
Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya hökuməti sədrinin müavininin görüşündə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sənaye sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müstəqil ekspertlər Dmitri Roqozinin səfəri zamanı Qəbələ RLS-in icarə müddətinin uzadılması və Rusiya prezidenti Putinin Azərbaycana səfəri ilə bağlı məsələlərin gündəlikdə olduğunu düşünür. “Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana gözlənilməz səfərinin əsas məqsədi Qəbələ RLS-lə bağlı ola bilər. Ümumiyyətlə, Rusiya Azərbaycanı başçılıq etdiyi qrupa daxil etməyə çalışır. Hesab edirəm ki, Azərbaycanın hərbi baxımdan Rusiya ilə əməkdaşlıq məsələləri də bu səfərin əsas müzakirə mövzularından ola bilər. D. Roqozinin bu səfərində bir çox məsələlər var. Suriyadan tutmuş İran problemi və s. qədər. Bu məsələlər Rusiyanı narahat edir. Onların hamısında Rusiyanın Azərbaycana böyük ehtiyacı var”, - deyə politoloq Vəfa Quluzadə Modern.az saytına bildirib.
Politoloq eyni zamanda hesab edir ki, Azərbaycan Rusiyadan nə qədər uzaq olsa, bir o qədər ona xeyir olar. “Düşünürəm ki, D. Roqozin bu səfərində öz istədiklərinə nail ola bilmyəcək”.
XS
SM
MD
LG