Accessibility links

Dmitri Roqozin: Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir


Ilham Əliyev və Dmitri Roqozin
Ilham Əliyev və Dmitri Roqozin

Prezidenti İlham Əliyev martın 3-də Rusiya baş nazirinin müavini Dmitri Roqozinlə görüşüb.Bu barədə Azərbaycan prezidentinin rəsmi saytında məlumat yayılıb.

Prezident Əliyev bildirib ki, bu gün hər iki ölkə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə edir. O bunu əməkdaşlıq istiqamətində birgə əldə olunan nailiyyətlərə verilən yüksək qiymət kimi dəyərləndirib.

Əliyev dövlət başçılarının mütəmadi əlaqələrinin mövcud olduğunu vurğulayıb, həm şəxsi təmaslar, həm də telefon danışıqları zamanı Rusiya prezidenti ilə çoxlu vacib məsələləri müzakirə etdiklərini və gündəlikdə duran bir çox məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə edildiyini bildirib.

Ticarət dövriyyəsinə toxunan prezident İlham Əliyev Azərbaycan məhsullarının Rusiyaya ixracının həcminin artırılması ilə bağlı fəal iş aparıldığını deyib.

“Ölkəmiz Rusiya ixracının Azərbaycan idxalında ənənəvi olaraq mühüm yerlərdən birini, hətta birinci yeri tutmasında maraqlıdır”.

Əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Əliyev iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar sahələrdə mövcud olan ikitərəfli münasibətlərə Azərbaycan tərəfinin böyük əhəmiyyət verdiyini bildirib.

Dövlət başçısı, həmçinin regional miqyasda müvafiq strukturlar çərçivəsində əməkdaşlıq formatının yaradıldığını, regional forumların keçirildiyini deyib, bu istiqamətdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib.

Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib ki, son illər dünyada baş verən iqtisadi böhranın və karbohidrogen bazarında məlum hadisələrin mövcud olmasına baxmayaraq, Rusiya-Azərbaycan Hökumətlərarası Birgə Komissiyası əməkdaşlığı daha da genişləndirməyə nail olub.

“Biz bu gün görürük ki, iki dövlət başçıları arasında təmaslar nəinki artıb, bu təmaslar təkcə ikitərəfli münasibətləri deyil, hətta regional məsələlərin bütün spektrini əhatə edir”.

Dmitri Roqozin hazırda beynəlxalq aləmdə, Yaxın Şərq regionunda meydana gələn təhdid və təhlükələrin, o cümlədən terror təhlükəsinin və digər məsələlərin regional səviyyədə müzakirə edilən mühüm məsələlərdən olduğunu deyib.

Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırkı dövrdə ən yüksək səviyyədə olduğunu bildirən Dmitri Roqozin Hökumətlərarası Birgə Komissiya səviyyəsində əlaqələrin müxtəlif sahələrinin, o cümlədən iqtisadi, mədəni, təhsil və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini vurğulayıb.

Dmitri Roqozin Rusiyaya qarşı sektoral sanksiyaların tətbiq olunduğu dövrdə Azərbaycanın Rusiyanı fəal şəkildə dəstəklədiyini vurğulayaraq Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artığını məmnunluqla qeyd edib. O, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyada çox yaxşı tanındığını deyib, ölkəsində məhsulların yerləşdirilməsi üçün xüsusi anbarların yaradıldığını diqqətə çatdırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG