Accessibility links

Dmitri Roqozin Bakıya gəlir


Dmitri Roqozin (Foto Dmitri Roqozinin Twitter mikrobloqundan götürülüb)
Dmitri Roqozin (Foto Dmitri Roqozinin Twitter mikrobloqundan götürülüb)

Rusiya baş nazirinin müavini Dmitry Rogozin Bakıya aprelin 8-də səfərə gəlir.

Bu barədə o Twitter mikrobloqunda yazıb.

“Bakıya gecə uçuşundan əvvəl həndbola getdim və orada MDU yığması üzrə məşqçim Stepanov Aleksandr Yuryevich-lə rastlaşdım”, Rogozin yazıb.

D.Rogozin bu il martın 3-də Bakıda olub. Aprelin 8-də Rusiya baş naziri Dmitry Medvedev də Azərbaycana səfər edir.

Martın 3-də Dmitri Roqozin səfəri zaman Rusiya-Azərbaycan iqtisadi-ticarət əlaqələri, o cümlədən hərbi texnika, silah satışında yaranan problem müzakirə edilib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant” qəzetinə bildirib ki, Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlığı davam etdirməyə hazırdır.

“Moskva və Bakı arasında Rusiya silahlarının alınması barədə müqavilələr üzrə həll olunmamış maliyyə məsələlərinin mövcud olduğu haqqında məlumat isə həqiqətə uyğun deyil. Biz müqavilələrə uyğun olaraq bütün ödənişləri edirik. Onların icrasında problemlər var: bu mənada ki, Azərbaycana daxil olan silahlar müqavilələrdə əksini tapmış texniki parametrlərə uyğun olmalıdır. Dmitri Roqozin bu parametrlərlə bağlı problemlərin nədən ibarət olduğunu anlamaq üçün Bakıya gəlmişdi, tam izahat aldı, problem qalmadı”, Məmmədyarov Rusiya baş nazirinin müavini Dmitri Roqozinin martin 3-də Bakıya səfərini şərh edib.

“Sövdələşmələrin həyata keçirilməsi müddəti ilə bağlı hər şey plana uyğun gedir. Məsələ ondadır ki, bəzi konkret silah növlərinin texniki parametrləri düzəldilməlidir. Və bu, Dmitri Roqozinin sözlərinə görə, yaxın gələcəkdə ediləcək”, nazir əlavə edib.

XS
SM
MD
LG