Accessibility links

Dmitri Roqozin: Rusiya Azərbaycana silah göndərməkdə davam edəcək


Dmitri Roqozin (Foto Dmitri Roqozinin Twitter mikrobloqundan götürülüb)

Rusiya müqaviləyə uyğun olaraq öz strateji tərəfdaşı kimi Azərbaycana silah göndərməkdə davam edəcək. İTAR-TASS agentliyinin məlumatına görə, bu barədə hazırda Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib.

2015-ci ilin əvvəlində məlum olub ki, Rusiya Azərbaycana T-90C tanklarının göndərilməsini başa çatdırır. Bundan öncə “Rosoboroneksport”dan bildirilib ki, Rusiya 2010-cu ildə bağlanmış sazişlər üzrə silah və texnika göndərişini 2017-ci ildə başa çatdıracaq.

KİV-in məlumatına görə, söhbət üç batalyonluq T-90C tankından və üç batalyonlıq BMP-3 (yüzə yaxın maşın), həmçinin özüyeriyən artilleriya, reaktiv yaylım atəşi və ağır odsaçan sistemlər üzrə müqavilədən gedir. Bundan əlavə, Azərbaycan təmir-evakuasiya və mühəndis maşınları da alıb.

Ekspertlər qeyd ediblər ki, müqavilə paketinin dəyəri 1 mlrd. dollar təşkil edib.

Açıq mənbələrin məlumatına görə, 2010-cu ildə Azərbaycana 24 ədəd Mi-35M helicopter göndərilməsi barədə müqavilə imzalanıb

Xatırladaq ki, Dmitri Roqozin aprelin 8-də Bakıya yenidən səfər edib. O bu barədə öz Twitter mikrobloqunda yazıb.

XS
SM
MD
LG