Accessibility links

Dəməşqdə iki intiharçı hücumu 44 adamın ölümünə səbəb olub

  • Amerikanın səsi

Dəməşqdə iki intiharçı hücumu 44 adamın ölümünə səbəb olub

Dəməşqdə iki intiharçı hücumu 44 adamın ölümünə səbəb olub

Suriya rəsmilərinin bildirdiyinə görə, paytaxt Dəməşqdə iki intiharçı hücumu 44 adamın ölümünə, 150 nəfərin yaralanmasına səbəb olub. SANA xəbər agentliyi hücumların təhlükəsizlik obyektləri yaxınlığında həyata keçirildiyini bildirib. Hücum terror aksiyası kimi qiymətləndirilib Şahidlərin dediyinə görə, partlayışlardan sonra atışma olub. Suriya rəsmiləri hücuma görə Əl-Qaidəni günahlandırır.

Suriya fəalları təhlükəsizlik qüvvələrinin Homs şəhərinə hücum etdiyini bildirib. Tanklar və arteleriya silahları ilə şəhərin 4 bölgəsi hücuma məruz qalıb.

ABŞ düvlət katibi Hillari Klinton Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Katrin Eştonla bərabər Əsəd rejiminin zorakılıqlarını qınadığını deyib.

BMT-nin baş katibi Ban Ki Mun Suriyada bəşəriyyətə qarşı cinayət törədildiyini bildirib. Baş katib Bəşar Əl-Əsəd hökumətinn mülki vətəndaşlara qarşı gücdən istifadə etməməyə çağırıb.

Hücumlar Ərəb Liqasının nümayəndə heyətinin Suriyaya səfəri vaxtına təsadüf edib.

Suriyada fevral ayının 26-da yeni konstitusiya ilə bağlı refendum keçiriləcək. Suriya hökuməti 1963-cü ildən hakimiyyətdə olan Bəs partiyasından əlavə siyasi partiyaların təşkilinə dair qanun layihəsini iyul ayında qəbul edib.

XS
SM
MD
LG