Accessibility links

Rəsmilər Ukraynanın Dnepropetrovsk şəhərində baş verən partrlayışlar zamanı 27 nəfərin öldüyünü və bunun terror hücumu olduğunu deyirlər. Partrlayışların bu gün bir neçə dəqiqə ara verməklə dəmir yolu vağzalında, kino-teatrda, parkda və şəhərin mərkəzi küçələrindən birində həyata keçirildiyi bildirilir.

Ukrayna prezidenti Viktor Yanukoviç partlayışların bütün ölkə üçün problem olduğunu və buna qəti şəkildə cavab veriləcəyini deyib. Ölkənin daxili işlər naziri Vitali Zaxarçenkonun hadisə ilə bağlı təhqiqat məqsədi ilə dərhal Dnepropetrovsk şəhərinə yola düşdüyü bildirilir. Partlayışların kimlər tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.



XS
SM
MD
LG