Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı: Doğuşdan öncə həkim ziyarətlərinin sayı artmalıdır [Video]


Ümumdünya Səhiyyə Təşkilatı: Doğuşdan öncə həkim ziyarətlərinin sayı artmalıdır
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Ümumdünya Səhiyyə Təşkilatı: Doğuşdan öncə həkim ziyarətlərinin sayı artmalıdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hamilə qadınlar üçün təxminən 50 tövsiyə hazırlayıb. Bunların sırasına həkim ziyarətlərinin sayının ikiqat artırılması daxildir. Bu isə həm ana həm körpənin sağlamlığını artırmaq və ölüm riskini azaltmaq məqsədi daşıyır.

Məqsəd uşaqların həyatda qalmaları və anaların sağlam hamiləlik keçirmələri üçün lazım olan hər şeyi etməkdir.

Ümumdünya Səhiyyət Təşkilatı qidalanma, səhər ürək bulanması və digər hamiləlik xəstəklikləri ilə bağlı bır sıra tövsiyələr irəli sürür.

Son 10 ildə tədqiqatçılar körpələrin həyatda qalmalarına yardım etməyin bir neçə yolunu tapıblar. Onların aşkar etdikləri odur ki, hamilə qadınlar ixtisaslı səhiyyə işçilərini azı səkkiz dəfə ziyarət etmələrinin həm analar, həm körpələr üçün daha müsbət nəticələri olur.

“Biz bu tövsiyəni son bir neçə il ərzində qadının nə qədər çox səhiyyə sistemi ilə təmasda olursa, ölü doğuş və ya doğuş fəsadları riskinin bir o qədər azaldığını göstərən dəlillərə əsaslanaraq ortaya çıxarmışıq,” deyə təşkilatdan İan Askyu bildirir.

Tövsiyə olunan həkim ziyarətlərinin sayını dörddən səkkizə artırmaqla, səhiyyə problemləri hamiləlik dövrü boyunca ünvanlana bilər və diabet ilə yüksək qan təzyiqi kimi risk amilləri də aradan qaldırılar. Hazırda qadınların sadəcə 64 faizi hamiləlik dövründə dörd dəfə həkimi ziyarət edir. Ümumdünya Səhiyyə Təşkilatı bunun yetərli olmadığını və müayinələrin klinikada keçirilməsinə ehtiyac olmadığını bildirir. İxtisaslı mamaçalar tərəfindən ev ziyarəti yetərli ola bilər.

“Vacib olan əlaqədir. Qadınlar icma qrupları vasitəsilə və ya fərdi olaraq evlərində ya da kəndlərində müalicə oluna bilirlərsə, sağlamlıq mərkəzinə uzun yol getmələrinə ehtiyac qalmır, çünki hər ikisi də perinatal səhiyyə xidmətərinin bərabər əhəmiyyətli yollarıdır,” Askyu deyir.

Ümumdünya Səhiyyə Təşkilatı təxmin edir ki, ötən il hamiləliklə bağlı səbəblərdən dolayı 300 min qadın dünyasını dəyişir. Ölən körpələrin sayı isə daha da artıqdır. ÜST 2015-ci ildə təxminən 3 milyon körpənin həyatlarının ilk 28 günü içərisində öldüyünü, 2,5 milyon körpənin isə ölü doğulduğunu təxmin edir. Bu yeni tövsiyələrlə səhiyyə təşkilatı həyatları qurtarmağa və körpələrin sağlam doğulmaq şanslarını artıracağına ümid edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG