Accessibility links

“Dojd” televiziya kanalı Kremlin təbliğat dənizində bir adadır [Video]


Ekspertlərin fikrincə, pezident Vladimir Putinin hakimiyyəti dövründə dövlətin mətbuat üzərində nəzarəti artırması və tənqidi mövzulara qadağalar qoyması ilə Rusiyada media azadlığı boğulmaqda davam edir. Rusların əsasən xəbərləri izlədiyi televiziya demək olar ki, tamamilə dövlətin nəzarəti altındadır. Lakin Rusiya paytaxtında fəaliyyət göstərən “Dojd” televiziya kanalı Kremlin təbliğat dənizində bir ada kimidir.

Özəl “Döjd” tele-kanalı Rusiyada Kremlin siyasətini müntəzəm və açıq şəkildə tənqid edən bir neçə kanaldan biridir. “Biz siyasi motivli şəbəkə deyilik. Bizim məqsədimiz siyasi establişmentə meydan oxumaq və ya bu kimi işlər deyil. Biz bacardığımız qədər obyektiv olmağa çalışırıq” deyə, "Dojd" tele-kanalının aparıcısı Natalya Şanetskaya bildiri.

“Dojd” kanalının müstəqil olması Kremlin basqılarına görə dövlət mediasını tərk edən insanları buraya gətirib. Natalya Şanetskaya: “Mən “Rusiya bu gün” kanalını Krım hadisələrindən bir ay əvvəl tərk etdim. Mən orada getdikcə təzyiqin xoşagəlməz şəkildə artdığını hiss edirdim. Orada əvvəldən işləyən bir adam kimi bu, məndə narahatlıq doğururdu.”

Lakin dövlət mediasına qoşulmamaq qərarı “Dojd” televiziya kanalına baha başa gəldi. II Dünya Müharibəsi zamanı Sovet İttifaqının strategiyasını sual altına alan proqrama görə siyasi siyasi təzyiqlərə məruz qalan kanaldan kabel şirkətləri 2014-cü ildə imtina etdi. Çoxları bunun bəhanə olduğunu düşündü.

Fəaliyyətini davam etdirmək üçün “Dojd” online abunə sisteminə keçməyə məcbur oldu. Beləliklə, abunəçilərin sayı 70 mini keçib və səhifəni ayda milyonlarla insan izləyir. Lakin Rusiyada bütün media vasitələrəi kimi “Dojd” televiziyası da məhdudiyyətlərlə üzləşir. “Biz Rusiyanın cinayət qanunlarını pozmayan bütün məlumatları yayırıq. Lakin indi bəzi hallarda Rusiyanın cinayət qanunları ilə söz azadlığı kimi məsələlərdə ziddiyyətlər yaranır ” deyə, "Rəqəmsal Media"nın başçısı İlya Klişin bildirir.

Bütün bunlarla yanaşı gənc nəsli və daha çox tamaşaçını cəlb etmək üçün “Dojd” əyləncə proqranmları da hazırlayır.

XS
SM
MD
LG