Accessibility links

Həkimlər kimyəvi silahlarla hücumların qurbanlarına yardım yollarını araşdırır


Amerikanın mərkəzində, şəhərkənarı bir evin zirzəmisində kimyəvi silahlarla hücum vəziyyəti yaradılıb.

Dr. Ammar Qanem Skype vasitəsi ilə toplantıya rəhbərlik edir.Toplantıda İordaniya, Səudiyyə Ərəbistanı, ABŞ və Türkiyədən 33 həkim iştirak edir.
Onların 3-ü Suriyanın Dəməşq və Hələb şəhərlərindən yığıncağa qatılıb.

Doktor Məcidin işlədiyi xəstəxanada hücumdan sonra 65 adam vəfat edib. Gələcək hucumların qurbanları üçün yeraltı binalar inşa ediləcək.

Doktor Məcid üzünü göstərmək istəmir. “Bu binalar müxtəlif və təhlükəsiz bölgələrdə yerləşdiriləcək.”

Digər həkimlər də adlarının açıqlanmasını istəmir. Hələbdən olan həkim isə tanındığı üçün ləqəbdən istifadə edə bilmir. “Mən kimyəvi Həzəməm.”

Dr. Həzəm kimyəvi silahlar ekspertidir. Onun dediyinə görə, mərkəzin girişində zəhərlərdən təmizləmə bölgəsi yaradılmalıdır. “Müharibədə yaralanmış insanları qəbul edirik. Xəstəxananın zəhərlənməsini istəmirik.”

Qrup mərkəzlərin sayını müzakirə edir. Suriyalı həkimlər 3-dən artıq xəstəxana istəmir. Doktor Qənim kimyəvi hücumlara hazırlıq görürdü, lakin bunun yaxın zamanda baş verəcəyini gözləmirdi. “Böyük çətinliklərimiz var, xüsusilə də tibbi ləvazımatla.”

Donorlara da daimi ehtiyac durulur. Lakin ən çox lazım olan şey kimyəvi silahlardan müdafiə kostyumlarıdır.

Həkimlıərin dediyinə görə, belə kostyumlar olsaydı avqust hücumunda 900-dən artıq insanı xilas etmək mümkün olardı.
XS
SM
MD
LG