Accessibility links

Doku İmarov və Aslan Byutukayev Domodedovo partlayışında ittiham olundu


Doku İmarov və Aslan Byutukayev Domodedovo partlayışında ittiham olundu
Doku İmarov və Aslan Byutukayev Domodedovo partlayışında ittiham olundu

Rusiya Təhqiqat Komitəsi bəyan edib ki, 37 nəfərin həyatına son qoyan Domodedovo partlayışı ilə bağlı ən azı iki terror şübhəlisi ittiham olunacaq. Komitənin sözçüsü Vladimir Markin jurnalistlərə bildirib ki, təhqiqatçılar çeçen yaraqlı liderlər Doku İmarov və Aslan Byutukayevə qarşı iddia qaldırmaq qərarına gəliblər. Umarov daha əvvəl internetdə yerləşdirilən video-lentdə hücumun məsuliyyətini öz üzərinə götürmüşdü. O, həmçinin bir il əvvəl Moskva metrosunda baş vermiş partlayışın da arxasında durduğuna iddia etmişdi.

Dünən isə Rusiya rəsmilər bildiriblər ki, zorakı Şimali Qafqaz regionunda hava və quru hücumlarından sonra 17 yaraqlı öldürülüb. Dünənki toqquşma Çeçenistanla sərhəd İnquşetiya vilayətində baş verib.

XS
SM
MD
LG