Accessibility links

"Dollar 2016-cı ildə daha da bahalaşa bilər" - Bloomberg ekspertləri


Bloomberg-in ekspertlərinin apardığı araşdırma göstərib ki, 2016-cı ildə ABŞ dolları Kanada dolları, Britaniya funtu və Norveç kronundan başqa bütün əsas rəqiblərinə münasibətdə bahalaşacaq.

Ən böyük devalvasiyaya Yeni Zellandiya və Avstraliya dolları, eləcə də İsveçrə frankı məruz qalacaq (5,%-8%).

Bundan əlavə, ABŞ valyutasına münasibətdə Danimarka və İsveç kronu (təxminən 5%), Yaponiya yeni (təxminən 3,5 %) və avro (3%) da ucuzlaşacaq.

Ekspertlər hesab edirlər ki, dolların möhkəmlənməsinin əsas səbəbi dekabrın ortalarında ABŞ Mərkəzi Bankının uçot dərəcəsinin artırılması haqqında qəbul etdiyi qərardır.

Onların fikrincə, 2016-cı ildə iqtisadi artım davam edərsə uçot dərəcəsi daha dörd dəfə artırıla bilər.

“Çox güman ki, dollar 2016-cı ildə əksər valyutalara münasibətdə bahalaşacaq”, – “Brown Brothers Harriman & Co”nun eksperti Mark Çandler hesab edir.

XS
SM
MD
LG