Accessibility links

Yanvarın 16-da Mərkəzi Bankın valyuta hərracında dolların məzənnəsi 1,8045 manat təşkil edib. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Bu, əvvəlki məzənnədən 2 qəpik çoxdur. Hərracda Azərbaycan Dövlət Neft Fondu iştirak edib.

Qeyd edək ki, yeni hərrac qaydalarına əsasən kommersiya banklarının dollar satmaq hüququ yoxdur.

4%-lik marja ləğv olunduqdan sonra kommersiya bankları valyutanın müştərilərə alış-satış məzənnəsini özləri müəyyən edirlər. Yanvarın 16-da əhalidən dollar 1,78-1,82 manata alınır və 1,86-1,89 manata satılır.

XS
SM
MD
LG