Accessibility links

Valyutadəyişmə məntəqələri işləmir


Valyutadəyişmə məntəqəsi

Valyutadəyişmə məntəqəsi

Yanvarın 9-dan səhər Bakının mərkəzində bütün valyutadəyişmə məntəqələri bağlıdır. Onların bəzisinin qarşısında valyutanı “qara bazar”ın məzənnəsi üzrə dəyişən işbazları görmək olar.

Mərkəzi Bank hər hansı bəyanat və məlumat yaymayıb, halbuki, ötən gün bəyan edib ki, kommersiya bankları özləri məzənnəni müəyyən edəcəklər və bu, hərraclarda baş verir.

Bununla yanaşı, Mərkəzi Bank həm də yanvarın 8-də iş gününün sonunda 4 faizlik faiz marjı barədə göstəriş verib və sonra bəzi banklar xarici valyutanın məzənnəsini endiriblər. Belə ki, Access Bank dolların alışını 1.5642, satışını 1.6267 manat həddində müəyyən edib.

Avro üçün aşağıdakı məzənnə müəyyən edilib: alış 1.6329, satış 1.7689.

AGBank, Yapı Kredi, Bank of Baku, Nikoil Bank və digərləri də təxminən belə məzənnə müəyyən ediblər. Gün ərzində banklarda və valyutadəyişmə məntəqələrində dollar 1,85-1,87, avro 2-2,05 manata satılıb.

Lakin Mərkəzi Bankın təlimatı açıqlandıqdan sonra bütün valyutadəyişmə məntəqələri bağlıdır.

XS
SM
MD
LG