Accessibility links

Son üç gündə dollar 1 qəpikdən çox bahalaşıb

Son üç gündə dollar yenidən manata qarşı bahalaşıb. Bugünkü valyuta hərracında 1 dollar 1,6090 manata qədər bahalaşıb. Həftənin əvvəlində 1 dollar 1,5969 manat təşkil edib.

Dolların rəsmi məzənnəsinin bahalaşması bəzi bankların dolların satışını dayandırmasına səbəb olub. Bu gün “Respublika”, “VTB”, “Naxçıvan” və bir sıra digər banklar dollar satışını dayandırıb. Bahalaşmasından sonra bu gün xarici valyuta satışının dayandırıldığını təsdiq ediblər.

Ekspertlər noyabr-dekabr aylarında bankların və şirkətlərin xarici öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar dolların məzənnəsinin bahalaşacağını proqnozlaşdırır.

XS
SM
MD
LG