Accessibility links

Əhali manatı sürətlə dollarla əvəzləyir


 Dollar vı manat
Dollar vı manat

Dekabrın 19-da Bakıda bir çox valyutadəyişmə məntəqələri valyuta satışını məhdudlaşdırıb. “Bizdə dollar yoxdur”, deyə valyutadəyişmə məntəqəsi sahiblərindən biri bildirib.

Səhər saatlarından mübadilə məntəqələrinin siyahısında dolların manata nisbətdə məzənnəsi 0,01 artış göstərərək, satışda 1 dollar 1,07 manat, alışda 1 dollar = 1,06 manat olub.

Mübadilə məntəqələri neftin bir barelinin 37 dollara qədər ucuzlaşmasından sonra manatın növbəti devalvasiyası haqqında güclənən şaiyələrlə əlaqədar təlaşa düşüb.

Banklrada adam başına 1000 dollara ekvivalent manat dəyişdirlilir. Növbələr var.

Yerli media son günlər ölkədə dollar satışının rekord həddə çatdığını yazır. Bu həftə hər gün orta hesabla valyuta intervensiyası 123,25 mln. dollar təşkil edib. Bu, keçən həftənin analoji göstəricisi ilə müqayisədə 93% çoxdur.

2015-ci ilib fevralında manatın ilk dəfə 35% devalvasiyasından sonra Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov neft qiymətlərinin 40 dollardan aşağı düşəcəyi təqdirdə növbəti devalvasiyanın ola biləcəyini bildirmişdi.

ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırması vəziyyəti daha da gərginləşdirib. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin artırılmasının ABŞ dollarının və manatın məzənnəsinə təsiri haqqında heç bir bəyanat vermədiyini açıqlamaq məcburiyyətində qalıb. Manatın dollara nisbətdə məzənnəsi stabil olaraq qalır, deyə AMB bildirib. Lakin bu neytral bəyanat dünən Mərkəzi Bankın dərc etdiyi Azərbaycanın ödəmə balansı üzrə hesabatı ilə tanış olan cəmiyyətdə daha çox şübhə doğurub. Hesabata görə, oktyabrın 1-nə cari əməliyyatlar hesabının profisiti 240,5 mln. dollar səviyyəsində olub. bu, ötən ilin yanvar-sentyabr aylarında olduğundan (9 mlrd. 65,4 mln. dollar) 37,7 dəfə azdır.

XS
SM
MD
LG