Accessibility links

“Bu manatın ucuzlaşmasının son həddi deyil” – ekspert rəyləri


Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpikdi

Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpikdi

Gözlənilən devalvasiya baş verdi. Manat bütün valyutalara, o cümlədən dollara münasibətdə dəyərini 47,6% itirdi. Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpikdir. Valyutadəyimə məntəqələrində isə daha bahadır. Bu barədə bank üzrə ekspert Samir Əliyev Facebook səhifəsində yazıb.

O yazır ki, son məlumatlara əsasən Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşüb. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi.

Samir Əliyev

Samir Əliyev

“Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Bizdə fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadlarıa ağır olacaq.

Üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq. Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək”.

Ekspert hesab edir ki, manatın ucuzlaşmasının son həddi deyil.

Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq.

Samir Əliyev

“Bundan sonra da proses davam edəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq”.

Samir Əliyev hesab edir ki, hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır.

“Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq”.

Onun fikrincə, əsas problem inflyasiya olacaq.

“Hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlayacaq. Ancaq bu, çox çəkməyəcək. Qiymətlər artacaq. Ona görə hökumət devalvasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir. Bu sferada inhisar aradan qalxmalıdır”, ekspert qeyd edib.

Milli Məclsisin deputatı Vahid Əmhədov Amerikanın Səsinə bildirib ki, Mərkəzi Bankın bu addımı ölkənin valyuta ehtiyatlarını əritməzdən öncə atmalı idi.

Vahid Əhmədov

Vahid Əhmədov

“İndi bir gecənin içində belə qərar qəbul etməyə ehtiyac qalmammalı idi. Bu ilin yayından postsovet məkanında milli valyutalar məzənnələrini itirməyə başlayanda bu addımı atılmalıydı. Neftin dəyəri düşəndə bunu etmək lazım idi, manat birbaşa neftə bağlı valyuta idi, daha ehtiyatları 15 milyard dollardan 5 milyard dollara endirdikdən sonra bu addımı atmağa ehtiyac qalmayacaqdı”,deputat qeyd edib.

Devalvasiya ölkədə hər şeyə təsir edəcək, bahalaşma, inflyasiya güclənəcək.

Vahid Əhmədov

Onun fikrincə, devalvasiya ölkədə hər şeyə təsir edəcək, bahalaşma, inflyasiya güclənəcək.

Mərkəzi Bankın elan etdiyi məzənnənin həlledici olmadığını deyən deputat bankların buna reaksiyasının necə olacağını gözləməyin lazım gəldiyini vurğulayıb.

Milli Məclisin digər deputatı Fazil Mustafa isə musavat.com saytına bildirib ki, manatın devalvasiyası insanların yaşayış səviyyəsini xeyli aşağı salacaq.

Fazil Qəzənfəroğlu

Fazil Qəzənfəroğlu

“İşsizlik, yoxsulluq, üstəlik, dollarla ödəniləcək kreditlər, başqa borclar... Təbii ki, bizdən asılı proses deyil, Rusiyanın küstahlığı və ABŞ-ın neftlə bağlı canbazlığı vəziyyəti bu yerə gətirib çıxartdı. Uzun illər yəqin ki, bu dalandan qurtulmamız mümkün olmayacaq”.

İndi manatımız dənizdə, göldə, çayda üzəcək, vətəndaş isə onun arxasınca üzə bilmir, o zaman hansı sosial gərginliklər yaşanacağını bir Allah bilir.

Fazil Mustafa

Deputat Azərbaycan Mərkəzi Bankı tərəfindən "üzən məzənnə" ifadəsinin işlədilməsinin qəti əleyhinədir: “Bunun adı elə birbaşa kəskin devalvasiyadır və cəmiyyətlə açıq danışmaq daha doğru olardı. Azad iqtisadiyyat prinsipləri ilə uzun illərdir üzən vətəndaşlar hazırlamadan qeyri-neft sektorunun inkişafını kağız üzərində qabardanda, haçansa insanların real üzmək qabiliyyətini də düşünmək lazım idi. İndi manatımız dənizdə, göldə, çayda üzəcək, vətəndaş isə onun arxasınca üzə bilmir, o zaman hansı sosial gərginliklər yaşanacağını bir Allah bilir.

Üstəlik də ötən müddət ərzində inhisarçılığın azaldıılmasına yönəlik ciddi iqtisadi siyasət izlənmədiyinə görə, bundan sonra yeni bir şəraitə iş adamlarını uyğunlaşdırmaq da xeyli çətilnliklər yaradacaq. Onsuz da üzgüçülük üzrə heç bir mötəbər yarışda ciddi bir uğurumuz yoxdur. Yəni həm idman qaydasında, həm də iqtisadi qaydalarda üzmək qabiliyyətimiz demək olar ki, sıfırdır. İndi bu qısa vaxt ərzində üzmək cəhənnəm, heç olmazsa, xilasedicilər gələnə qədər batmamağın sirlərini öyrənmək məcburiyyətindəyik”, o qeyd edib.

Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev

İqtisadçı ekspert Oqtay Haqverdiyev hesab edir ki, Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır.

Ekspert Trend agentliyinə bildirib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) indiki addımını manatın real qiymətinə doğru dönüşü olmayan hərəkətin başlanğıcı kimi qiymətləndirmək olar: “Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində səlis davam edəcək. Ekspert qiymətləndirmələrimə əsasən, dolların real qiyməti 3-5 manat arası təşkil edə bilər”.

Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində səlis davam edəcək. Ekspert qiymətləndirmələrimə əsasən, dolların real qiyməti 3-5 manat arası təşkil edə bilər.

Oqtay Haqverdiyev

Ekspert AMB-nin bu addımını məcburi addım adlandırıb: “Dünya valyuta bazarında baş verən proseslər olmasaydı, heç nəyi dəyişməyə ehtiyac yaranmayacaqdı. Lakin Azərbaycan xarici ticarəti dollarda apardığına görə bu addım məcburidir”.

O.Haqverdiyev qeyd edib ki, indi Azərbaycan qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək vəzifəsi dayanır.

XS
SM
MD
LG