Accessibility links

Bakıda dollar qıtlığı


Valyutadəyişmə məntəqəsi
Valyutadəyişmə məntəqəsi

Valyutadəyişmə məntəqələri bağlıdır

Bakıda əksər banklar və valyutadəyişmə məntəqələri dollar və avro satışını praktiki olaraq dayandırıb. İstirahət günlərində olduğu kimi, bazar ertəsi də valyutadəyişmə məntəqələri bağlıdır.

Banklar valyuta satmır, halbuki, bəzi banklar formal olaraq lövhələrdə Mərkəzi Bankın rəsmi məzənnəsini göstərir.

Plastik kartlardan da xarici valyuta çıxarmaq mümkün deyil. Hətta kartdan valyuta çıxarılması zamanı 4% komisyon müəyyən edildikdən sonra bankomatlardan dollar və avro çıxarmaq mümkün deyil.

Valyuta ajiotajı ərzaq və siqaretin qiymətinin artmasına səbəb olub. İdxalçılar riskləri sığortalamağa can ataraq qiymətləri qaldırırlar.

Valyuta spekulyasiyasına və qiymətlərin süni artımına qarşı qətiyyətli mübarizə ilə bağlı ölkə prezident İlham Əliyevin prokurorluğa və müvafiq qurumlara dünənki tapşırığından sonra da vəziyyət dəyişməyib.

Bu arada “qara bazar”da canlanma yaranıb. Dollar 1,9-2 manata, avro 1-2,1 manata satılır.

Azərbaycan Mərkəzi Bankının yanvarın 8-nə müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 ABŞ dolları=1,5642 manat, 1 avro=1,7009 manatdır. Həmin məzənnə yanvarın 11-də də elan edilib.

Bununla yanaşı, “qara bazar” iştirakçılarına qarşı mübarizə də genişlənməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, polis paytaxtın mərkəzi rayonunda valyuta tənzimi qaydasını pozduqları üçün 11 nəfəri saxlayıb və barələrində inzibati protokol tərtib edərək cərimələyib.

Xatırladaq ki, manatın son devalvasiyasından sonra valyutadəyişmə məntəqələrində dollar qıtlığı yaranıb. Mərkəzi Bank əvvəlcə manatın “üzən məzənnə”yə keçdiyini bəyan etsə də sonra 4 faizlik marj müəyyən edib. Bunlara baxmayaraq “qara bazar”ın genişlənməsi davam edir.

XS
SM
MD
LG