Accessibility links

Avqustun 30-da günün ikinci yarısında Azərbaycanın kommersiya bankları xarici valyuta satışını dayandırıb.

yerli medianın məlumatlarına görə, hazırda 15-ə yaxın bank valyuta satmır.

“Respublika” bankından satışın dayandırılmasının səbəbini izah etməyiblər, yalnız “bu qərarın bank daxilində qəbul edildiyini” qeyd ediblər.

“Atabank” və “AFB” bankda deyiblər ki, artıq bir neçə gündür dollar satmırlar.

“Nikoil” bankında avqustun 30-da hər növ xarici valyuta satışını dayandırdıqlarını bildiriblər.

Bir çox banlıar isə nağd dolları limitlə satır. Limit 100-300 dollar arasında dəyişir. Əksər banklar 100 dollardan çox nağd valyuta satmır.

Qeyd edək ki, avqustun 30-da 29 kommersiya bankı Dövlət Neft Fondunun hərraca çıxardığı 50 mln. dolları alıb. Ekspertlər tələbin bundan dəfələrlə çox olduğunu bildirir.

İqtisadçı Samir Əliyev hesab edir ki, satışdan imtina xarici valyuta defisiti ilə bağlıdır. “Bunun mümkün devalvasiya ilə bağlı olduğunu düşünmürəm”, o bildirib.

"Banklar ilk növbədə nağd valyutanı idxal əməliyyatları üzrə öz müştərilərinə satır. Yalnız qalan hissə bütün arzu edənlərə satılır. Hazırda bankların artıq pulu yoxdur", Əliyev belə hesab edir.

İqtisadçı Qadir İbrahimli isə hesab edir ki, devalvasiya qaçılmazdır.

“Banklar dollar satışını dayandırdı - bu artıq yenidən kəskin devalvasiya hazırlığı deməkdir”, iqtisadçı facebook səhifəsində yazıb.

XS
SM
MD
LG