Accessibility links

Noyabrın 22-də Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi yenidən artıb.

Mərkəzi Bankın məlumatında deyilir ki, hərrac 1USD/1,7091AZN məzənnə ilə başlayıb və 1,7146AZN ilə başa çatıb.

Kommersiya banklarında isə dolların satış məzənnəsi 1,77 manatı ötüb.

Oktyabrın ortalarından Amerika valyutası bahalaşmağa başlayıb və ötən həftə proses dayanmışdı.

"Bloomberg" kanalında iqtisadi “Deep Dive” video proqramının aparıcısı Alix Steel Azərbaycan manatını 2015-ci ilin "ən pis valyutası" adlandırmışdı.

"Bloomberg" kanalında iqtisadi “Deep Dive” video proqramının aparıcısı Alix Steel Azərbaycan manatını 2015-ci ilin "ən pis valyutası" adlandırmışdı.

Ekspertlər ehtimal edirlər ki, 2016-ci ilin sonunadək dollar 1,80-1,85 manat olacaq.

Neft qiymətlərinin kəskin ucuzlaşması və maliyyə gəlirlərinin azalması Azərbaycan hökumətini 2015-ci ilin axırlarında manatı üzən məzənnə rejiminə keçirmək məcburiyyəti qarşısında qoydu.

Azərbaycan Mərkəzi Bankının müvafiq addmından sonra manat dəyərininin 30 faizdən çoxunu itirdi.

"Bloomberg" kanalının iqtisadi “Deep Dive” video proqramının aparıcısı Alix Steel həmin vaxt Azərbaycan manatını dünyanın "ən pis valyutası" adlandırmışdı.

Show comments

XS
SM
MD
LG