Accessibility links

Dollar qıtlığı yaranıb


Azərbaycanın kommersiya banklarında yenidən dollar və avro qıtlığı yaranıb. Kommersiya banklarının əksəriyyəti bu valyutaların satışını dayandırıb.

Bakıdakı “Accessbank”, “Əmrahbank”, “Bank of Baku”, “Pashabank”, “Respublika”, “Kapital” və Beynəlxalq Bankda bildiriblər ki, valyuta satışı dayandırılıb.

“Dəmirbank” limit tətbiq edib - bir adama 100 dollar və ya avro verilir. Yalnız “Atabank”da xarici valyuta hər hansı məhdidiyyət olmadan satılır.

Hələ oktyabrda ekspertlər proqnozlaşdırırdılar ki, ilin sonuna yaxın Amerika valyutasının məzənnəsi artacaq. Onlar bunu tələbin təklifi üstələməsi ilə əlaqələndirir.

Noyabrın 22-də valyuta hərracında dolların məzənnəsi 1,7146 manat səviyyəsində müəyyən edilib.

Ekspertlərin rəyinə görə, ölkədə dollara aylıq tələbat 1 mlrd. -1,5 mlrd. təşkil edir. Bazara dolları əsasən Dövlət Neft Fondu (ARDNF) çıxarır. Fondun məlumatına görə, oktyabrda ARDNF hərraclarda 371 mln. dollar satıb.

Mərkəzi Bank da vaxtaşırı valyuta bazarına intervensiya edir və oktyabrda onun valyuta ehtiyatları 127 mln. dollar azalıb. Ekspertlər ilin sonunadək dolların məzənnəsinin 1,80-1,85 manatadək qalxacağını proqnozlaşdırırlar.

Valyuta qıtlığı fonunda “qara bazar” da canlanıb. Belə ki, valyuta alışı və satışı kommersiya banklarındakı məzənnədən xeyli yüksəkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG