Accessibility links

Bakıda kommersiya banklarının əksəriyyəti dollar və avro satmır.

Bü isə “qara bazar”ın canlanmasına rəvac verib.

Ekspertlər hesab edirlər ki, indiki inflyasiya və gəlirlərin azalması şəraitində əhalidə böyük vəsait yoxdur. Bununla yanaşı turizm səyahətinə, müalicə, təhsil, kommersiya məqsədi ilə xaricə gedən minlərlə vətəndaşın xarici valyutaya tələbatı var.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, xarici valyutanın alqı-satqısında əhalinin payı azdır. Əsas yük xarici öhdəlikləri olan bankların və şirkətlərin üzərinə düşür. Həmçinin idxal əməliyyatları üçün valyuta vacibdir.

N.Cəfərlinin sözlərinə görə, ümumi valyuta əməliyyatlarının ancaq 5%-i əhalinin payına düşür.

Ekspertin hesablamalarına görə, ölkədə xarici valyuta üzrə aylıq tələbat 1-1,5 mlrd. təşkil edir. Əhalinin payına 50-55 mln. dollara yaxın vəsait düşür. Əgər kommersiya bankları satışdan imtina edirsə, vətəndaşlar bu həcmi “qara bazar”dan əldə etməyə məcbur olur.

Noyabrın 25-də dolların rəsmi məzənnəsi 1,7196 manatdır.

Kommersiya bankları dolları 1,77-1,78 manata alır, 1,78-1,79 manata satır.

“Qara bazar”da dollar 1,805 manata alınır, 1,815 manata satılır.

Show comments

XS
SM
MD
LG