Accessibility links

Güclü fırtına olub, dolu düşüb [Video & Fotoqalereya]


Fırtına (Gəncə şəhəri)
Fırtına (Gəncə şəhəri)

Azərbaycanın şimal-qərb və qərb bölgəsində güclü fırtına və dolu ciddi ziyan vurub

İyunun 10-da axşam saatlarında ölkənin qərb və şimal-qərb rayonlarında güclü tufan olub, dolu yağıb. Çoxsaylı evlərə, avtomobillərə, əkin sahələrinə, meşə zolaqlarına ziyan dəyib. Elektrik enerjisinin, qazın verilməsində fasilələr yaranıb. Güclü külək yüzlərlə ağacı kökündən çıxarıb. Elektrik dirəkləri aşıb.

Yerli sakinlərin dediyinə görə, güclü fırtına və dolu evlərin damlarını atıb, şiferlərini qırıb. Ağacları və bostan sahələrindəki bitkiləri məhv edib.

“Fırtına birdən gəldi. Güclü dolu ilə müşayiət olunan tufan bir anda hər şeyi məhv etdi. Evimin çardağının şiferlərini sanki bir neçə kiloqram ağırlığında daşlarla qırıq-qırıq edibsən. Bütün şiferlər sınıb. Avtomobilimin qabaq şüşəsi sınıb, damı batıq-batıqdır. Bağ və bostanımda bitki qalmayıb. Mal-qaranı dolu necə döyübsə, qorxudan tövlədən çölə çıxmır”, deyə Göygöl rayonunun Çaykənd kəndinin sakini Gürzalı Orucov Amerikanın Səsinə bildirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı yaydığı ilkin məlumatda deyilir ki, iyunun 10-da axşam saatlarında Gəncə, Göygöl, Tərtər, Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy, Şəmkir rayonlarında intensiv leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub.

Göygöl, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında katostrofik dolu düşüb, burulğanlı hava və güclü külək olub, intensiv şimşək çaxıb. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində göstərilən rayonların bir çoxunda yaşayış binaları, inzibati binalar, fərdi yaşayış evlərinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərrüfatına ciddi ziyan dəyib. Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb.

Hal-hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür. Müəyyən edilmiş ərazilərə şəxsi heyət və texnika cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev gecə saatlarında jurnalistlərə deyib ki, böyük təbii fəlakət baş verib. “Mən deyərdim ki, zəlzələlər istisna olmaqla Gəncənin tarixində belə böyük fəlakət olmayıb. Amma bütün bunlara rəğmən deyə bilərəm ki, bütün hadisələr nəzarət altındadır. Artıq bütün qurumlar mərkəzləşdirilmiş qaydada öz işlərini görürlər", APA agentliyi yayıb.

Elmar Vəliyev onu da deyib ki, təbii fəlakət Gəncənin şəhər təsərrüfatına ciddi ziyan vurub. "Qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar var. Şəhərin 80 faizində işıq yoxdur. Su-kanalizasiya sistemində problemlər aradan qaldırılır. Yüzlərlə 300-500 illik çinar ağacları məhv olub. Şəhərə çox böyük ziyan dəyib", Vəliyev bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG