Accessibility links

Domodedovo partlayışı ilə bağlı 3 nəfər saxlanılıb


Domodedovo partlayışı ilə bağlı 3 nəfər saxlanılıb
Domodedovo partlayışı ilə bağlı 3 nəfər saxlanılıb

Onlar intiharçı hücumunu həyata keçirən şəxsin qardaşı, bacısı və tanışıdır

Rusiya rəsmiləri deyir ki, keçən ay Moskvanın Domodedovo hava limanında 36 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Polis intiharçı hücumunu həyata keçirən şəxsin Maqomed Yevloyev olduğunu müəyyən etmişdi. Rəsmilərin sözlərinə görə, Maqomedin bacısı 16 yaşlı Fatimə və qardaşı 15 yaşlı Əhməd, qardaşlarının 23 yaşlı tanışı ilə birlikdə İnquşetiyada saxlanılıb.

İnterfax xəbər agentliyinin məlumatına görə, yanvarın 24-dən başladılan istintaqın bir hissəsi kimi saxlanılanlar dindirilmək üçün Moskvaya göndəriləcək.

Həftənin əvvəlində islamçı yaraqlı lider Doku Umarov hücumun məsuliyyətini öz üzərinə götürüb. Qeyd edək ki, partlayış zamanı 150-dən çox insan xəsarət almışdı.

XS
SM
MD
LG