Accessibility links

Bir zamanlar Fransanın sabiq prezidenti Nikola Sarkoziyə potensial rəqib olan Dominik Ştraus-Kan bazar ertəsi günü fahişəlik biznesesi qurmaq ittihamları ilə əlaqədar mühakimə olunacaq.

Beynəlxalq Valyuta Fondunun rəhbəri olmuş Dominik Ştraus-Kan 4 il öncə Nyu-Yorkda bir mehmanxana xadiməsi onu otaqda ona qarşı təcavüz etdiyini iddia etməsindən sonra istefa verməyə məcbur olmuşdu. Lakin daha sonra Nyu-York ittihamçıları Straus-Kana qarşı ittihamları ləğv etmişlər.

Bazar ertəsi Fransanın Lil şəhərində baş tutacaq məhkəmə onun əxlaqsız məclislər təşkil etməsi ilə bağlı ittihamlarla əlaqəlidir.

Fransa qanunlarına görə pulla seks qadağan deyil, ancaq fahişəlik biznesi qurmaq qanuna qarşıdır.

Müqəssir tanınsa Straus-Kahn 10 il azadlıqdan məhrum və 1,7 milyon dollar cərimə oluna bilər.

XS
SM
MD
LG