Accessibility links

Donald Tramp hakimiyyətinin ilk 100 günü Vaşinqtonun siyasi reallıqları ilə qarşılaşacaq [Video]


ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp Amerikada böyük dəyişikliklər edəcəyinə söz verməsinə baxmayaraq, ofisdə vəzifəsinin icrasına başladığı 100 gün ərzində bunun onun təsəvvür etdiyindən daha çətin olacağını görəcək. Tramp Vaşinqtonun reallıqları ilə qarşılaşmalı olacaq.

Donald Tramp hakimiyyətdə ilk 100 gün ərzində cəsarətli addımlar atmaqla Amerikada dəyişikliklər edəcəyinə söz verib. Onun dediyinə görə, bu addımlar qanun və asayişin bərpası, Vaşinqtonda təmizləmələr, ən əsası isə Amerikanın işçi qüvvəsini qorumaqdan ibarət olacaq. “Biz Amerikada iş yerlərini qorumalıyıq və bu işə demək olar ki, müharibə kimi baxmalıyıq.”

Tramp yeni iş yerlərinin açılması üçün infrasrtuktura böyük vəsaitlər ayrılacağına, eləcə də Konqres üzvlərinin iş müddətinə limit qoyulacağına və Meksika ilə sərhəd boyu divarın inşa ediləcəyinə söz verib. Lakin o, çox tez bir zamanda Vaşinqtonun siyasi həyatı və hökumət kimi reallıqlarla qarşılaşmalı olacaq. “Amerika bürokratiyası çox ləngdir” deyə, Brukinq institutundan Con Hodak bildirir.

Trampın mənsub olduğu Respublikaçılar partiyasının da bəzi üzvləri daxil olmaqla, onun infastruktur və başqa planlarına qarşı çıxanlar var. Con Hodak: “Bu elə bir şey deyil ki, Respublikaçılar Konqresə toplaşaraq, külli miqdarda pulu qarşılığı olmadan xərcləsinlər.”

Trmp Obamacare adı ilə tanınan tibbi sığorta planına son qoya bilər, lakin onu əvəz etmək çətin olacaq. Amerika universitetinin professoru Ceyms Torber: “Mənim fikrimcə, bu kimi aktlara görə gərgin mübarizə aparılacaq.”

Tramp Obamanın prezidentlik müddətində qəbul etdiyi qərarları ləğv edə bilər, lakin bütün bunlar vaxt aparacaq. “O, bunu asanlıqla edə bilməz. Siz ilk növbədə qanunu və onun tənzimləməsini açıqlamaq üçün dəlilə malik olmalısınız. Bu, illər sürür və onun ləğvi də illər sürə bilər."

Qələbəsindən sonra belə Tramp gözlənilməz və qeyri-ənənəvi olmaqda davam edir.

XS
SM
MD
LG