Accessibility links

Donald Tramp İŞİD-i məğlub etmək planını açıqlayıb [Video]


Donald Tramp İŞİD-i məğlub etmək planını açıqlayıb
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Donald Tramp İŞİD-i məğlub etmək planını açıqlayıb

Prezidentliyə Respublikaçı namizəd Donald Tramp bazar ertəsi Ohayoda keçirilən seçki kampniyasında terrora qarşı mübarizə planını açıqlayıb. Onun kampaniya meneceri isə Rusiya və Ukrayna ilə keçmiş biznes sövdələşmələri ilə bağlı yeni araşdırma ilə bağlı açıqlamalar verib. Tramp Demokrat rəqibi Hillari Klintonun terror hücumlarının qarşısını ala və ya Yaxın Şərqdə İslam Dövləti qrupu militantlarını məğlub edə bilməyəcəyini iddia edib. Klintonun vitse-prezident Co Baydenlə Pensilvaniyada birgə seçki kampaniyasında Bayden Klintonun təcrübəsinə yüksək qiymət verib və Trampı Amerikanın təhlükəsizliyini təhlükə altına almaqda günahlandırıb.

Trampın ideyaları təkcə səhv deyil, onlar təhlükəli və yüksək dərəcədə anti-amerikandır. Onun ideyaları Trampın bizim Konstitusiyamızdan xəbərsiz olduğunu göstərir. Bu isə terrorçular və onların propaqandalarının xeyrinədir.
Co Bayden

Ohayonun Yonqstaun şəhərində çıxış edən Tramp İslam Dövləti qrupunun yaranmasında yenə də prezident Barak Obama və sabiq dövlət katibi Klintonu günahlandırıb və militantları məğlub edə biləcəyini deyib.

“Biz İordaniya kralı Abdullah, Misir prezidenti Sisi və bu ölüm ideologiyasının aradan qaldırlmasının vacibliyini dərk edən başqaları ilə əməkdaşlıq edəcəyik. Biz həmçinin bu yeni missiya ilə bağlı NATO İlə yaxından işləyəcəyik.”

Tramp New York Times qəzetində onun kampaniyasının meneceri Pol Manafortun Ukraynada Rusiya ilə yaxın əlaqələri olan partiya ilə gəlir gətirən razılaşmalar imzaladığı haqda məqalə ilə bağlı heç bir şərh verməyib. Manafort gəlir əldə etdiyini inkar etsə də, indi onun Rusiya ilə keçmiş biznes əlaqələri araşdırılır.

Respublikaçılar partiyası bazar ertəsi İsraildə ilk seçki kampaniyasına start verib və orada yaşayan 300 minə yaxın ikili vətəndaşlığı olan amerikalı-israilliləri Trapa səs verməyə inandırmağa çalışırlar.

“Onlar heç səs verməyə haqları olduqlarını bilmirlər. Bu dəfə biz onları səs verməyə təşviq etməliyik, çünki onlar üçün əsas məsələ kimin İsrail höküməti üçün daha faydalı prezident olmasıdır.”

Hillari Klinton və Co Bayden
Hillari Klinton və Co Bayden

İkili vətəndaşlığı olan bəzi şəxslər Klintonun bazar ertəsi seçki kampaniyası keçirdiyi Pennsilvaniya ştatındandır.

“Bilirəm ki, bəzilərinizin burada şimal-şərq Pennsilvaniyada Trampa səs verməyi düşünən dostlarınız var. Ancaq biz bilirik ki, dostlar öz dostlarına Trampa səs verməyə icazə verməməlidir.”

Vitse-prezident Co Bayden də Klintonla birgə Skrantondakı seçki mitinqində iştirak edib.

“Trampın ideyaları təkcə səhv deyil, onlar təhlükəli və yüksək dərəcədə anti-amerikandır. Onun ideyaları Trampın bizim Konstitusiyamızdan xəbərsiz olduğunu göstərir. Bu isə terrorçular və onların propaqandalarının xeyrinədir.”

Rəy sorğuları nəticələri Klintonun Trampan 7 faiz öndə getdiyini göstərir.

XS
SM
MD
LG