Accessibility links

Respublikaçıların Donald Tramp müəmması [Video]


Respublikaçıların Donald Tramp müəmması
please wait

No media source currently available

0:00 0:01:41 0:00

Respublikaçıların Donald Tramp müəmması

Trampın Respublikaçıların vahid namizədliyi uğrunda mübarizəni qazanmaq ehitmalı varmı?

Prezidentliyə Respublikaçı namizədlər arasında daşınmaz əmlak maqnatı Donald Tramp rəy sorğularında ən yüksək yeri tutur. Bunun səbəbi isə onun qanunsuz mühacirlərlə bağlı kobud ifadələridir. Bəs Donald Trampı ABŞ prezident seçkilərində bir faktora çevirən nədir və onun Respublikaçıların vahid namizədliyi uğrunda mübarizəni qazanmaq ehitmalı varmı?

Mənim Meksikaya bir ölkə kimi böyük hörmətim var. Lakin problem ondadır ki, onların liderləri daha ağıllı, daha sərt və daha hiyləgərdirlər və onlar bizi həm sərhəddə, həm də ticarətdə məhv edirlər
Donald Tramp

Donald Tramp rəy sorğularında yüksək yerləri tutur və öz çıxışlarına böyük kütlələrin diqqətini yönəldə bilir. Məsələn Arizonadakı bu kütlə.

“Mənim Meksikaya bir ölkə kimi böyük hörmətim var. Lakin problem ondadır ki, onların liderləri daha ağıllı, daha sərt və daha hiyləgərdirlər və onlar bizi həm sərhəddə, həm də ticarətdə məhv edirlər,” deyə cənab Tramp bildirib.

Cənab Trampın qanunsuz mühacirlər barədə söylədikləri mühacirlərin haqlarının müdafiəçilərinin qəzəbinə və etirazına səbəb olub.

Bundan əlavə Tramp hətta bəzi Demokrat namizədlərin də etirazına tuş gəlib. Onların sırasına sabiq Merilənd qubernatoru Martin O-Malli də daxildir.

O deyir ki, əgər Donald Tramp özünə mühacirləri təhqir edən siyasi platforma seçirsə, o zaman Tramp 1840-cı illərə geri dönüb, anti-immiqrasiya partiyasından namizədliyini irəli sürməlidir.

Lakin Respublikaçı təhlilçi Skot Faulknerin sözlərinə görə, Trampın sərt tərzi mühafizəkarların xoşuna gəlir.

Skot Ualker- Uiskonsinin qubernaotru, prezidentliyə namizəd
Skot Ualker- Uiskonsinin qubernaotru, prezidentliyə namizəd

Buna baxmayaraq isə bəzi Respublikaçı liderlər Trampın sərt ritorikasının gələn il keçiriləcək seçkilərdə partiyaya ziyan vuracağını düşünürlər.

Bəs Donald Tramp həqiqətən də qalib ola bilərmi? Con Fortier bunun qeyri-məlum olduğunu deyir.

Onun sözlərinə görə tanınmasına və qanunsuz mühacirlər haqqında ziddiyətli ifadələrinə baxmayaraq Trampın partiya tərəfindən namizəd kimi göstərilməsi mümkün deyil.

Bununla belə Donald Tramp digər Respublikaçı namizədləri kölgədə qoyub ki, onların sırasına Uiskonsin ştatının qubernatoru Skot Ualker də daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG