Accessibility links

Respublikaçıların administrasiyası dövrü mühüm vəzifələr tutmuş 50-dən çox tanınmış siyasətçi Trampın prezident olmaq üçün təcrübəyə malik olmadığını bildirib

Prezidentliyə Respublikaçı namizəd Donald Tramp çərşənbə axşamı əsəbi şəkildə partiya daxilində onu tənqid edənlərin "ölkəni qarışdırdıqlarını" deyib. Keçirilmiş yeni sorğular Trampın rəqibi Hillari Klintonun üstünlük qazandığını göstərir.

Tramp onu tənqid etmiş Meyn ştatının respublikaçı senatoru Suzan Kolinzi hədəf alıb. Respublikaçıların administrasiyası dövrü Ətraf Mühitin Müdafiəsi agentliyinin iki sabiq rəhbəri və 50 milli təhlükəsizlik və xarici siyasət rəsmisi Trampı dəstəkləməyəcəklərini bildiriblər.

“Mən Vaşinqton daxilindəki qruplaşmalara qarşı mübarizə aparıram, necə ki, respublikaçı namizədlərə qarşı bunu etmişəm,” deyə Tramp Twitter səhifəsində qeyd edib. “ABŞ-ı qarışdıran insanlar var,” deyə o əlavə edib.

Müsahibələrinin birində Tramp “düşünürəm ki, mənim temperamentim məni buralara gətirib. Biz ilkin seçkilərdə bir çox insan üzərində qələbə qazandıq və indi təkcə bir adam qalıb. Biz uğurlarımızı davam edirik. Sonda bunun nəticəsini birlikdə görəcəyik,” deyə o bildirib.

ABŞ-da bir çox siyasi rəy sorğuları keçmiş dövlət katibi Hillari Klintonun daşınmaz əmlak maqnatı Donald Tramp üzərində mühim üstünlük əldə etdiyini göstərir.

XS
SM
MD
LG