Accessibility links

ABŞ-ın qərb ştatlarında hər iki partiyadan namizədlər bərabər irəliləyir


Qərb ştatlarında Demokratik və Respublikaçı partiyalarının öndə gedən namizədləri öz rəqibləri arasında seçki nəticələrini yarı-yarıya bölüşüb.

Respublikaçı namizəd Donald Tramp Arizona ştatında rahatlıqla qalib gələrək Texas senatoru Ted Kruzu 20 faiz keçib.

Kruz isə Yuta ştatında səslərin yarıdan çoxunu əldə edərək qələbə çalıb.

Sabiq dövlət katibi Hillari Klinton Arizona ştatında böyük fərqlə qalib gəlsə də, Vermont senatoru Berni Sanders Aydaho və Yuta ştatlarındakı kokuslarda 70 faizdən çox qələbə əldə edib.

Demokrat seçicilər namizədlərini sıra ilə qiymətləndiriblər. Belə ki, Sanders Klinton ilə arasında olan fərqi örtmək üçün böyük nisbətdə qələbə qazanmalı idi.

Kruz və digər respublikaçı namizəd Ohayo qubernatoru Con Keysiç Trampın partiyadan namizəd seçilməməsi üçün səy göstərirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG