Accessibility links

ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp prezident seçiləcəyi təqdirdə İŞİD və terrorizminə qarşı mübarizə planlarını açıqlayıb. Təxminən 40 dəqiqə davam edən çıxışı zamanı Donald Tramp America xarici siyasətinin kursunu dəyişəcəyinə və bütün diqqətini, eləcə də resursları radikal islamın yayılmasının qarşısını almağa sərf edəcəyini bildirib.

"Əgər prezident olsam, "dövlət yaradılması" mövzusuna birdəfəlik və qətiyyətli son qoyulacaq" - deyə Tramp bildirib. Respublikaçı namizədin çıxışı Ohayo ştatının Youngstown şəhərində baş tutub.

Hələ 10 il bundan əvvəl İraq müharibəsinin əleyhinə olduğunu xatırladaq Donald Tramp Obama administrasiyasının qoşunları geri çəkmək addımını da sərt tənqid edib. Onun sözlərinə görə, prezident Barak Obama və hazırki rəqibi və keçmiş dövlət katibi Hillari Klintinun fəlakətli qərarı radikal islamçı terrorun yayılmasına yol açıb.

"Biz bu bəlanı davam etdirə bilmərik" - deyə vurğulayan Tramp regiondakı müttəfiqlərlə birgə işləyəcəyini dilə gətirib. O, bu konteksdə Rusiya ilə də birgə çalışa biləcəyini qeyd edib.

Donald Tramp artıq aylardır Yaxın Şərqdə cihadçılara qarşı Obamadan daha yaxşı mübarizə aparacağını bəyan edir.

O, bir neçə gün öncə ABŞ prezidenti Barak Obama və prezidentliyə demokrat namizəd Hillari Klintonun İŞİD qrupunun əsasını qoyduğunu demişdi. Ancaq ifadələrinə görə tənqidlərlə üzləşən prezidentliyə namizəd iddianı yenidən təkrar etsə də, sonradan sözlərinin "sarkazmla" deyildiyini bildirib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG