Accessibility links

Donald Tramp vergi endirimi vəd edir [Video]


Donald Tramp vergi endirimi vəd edir
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Donald Tramp vergi endirimi vəd edir

Tramp orta-sinif və zəngin amerikalıların vergilərini azaldacağını, illik gəlirlərinin 25 min dollardan az olanları isə vergidən azad edəcəyini vəd edib.

Respublikaçıların prezident seçkiləri kampaniyası yeni həftəyə bir neçə yaddaqalan məqamla başladı. Bazar ertəsi Nyu-Yorkda öndə gedən namizəd Donald Tramp yeni vergi planını açıqladı, onun rəqibi Karli Fiorina isə San Antonioda keçrilən bir təbdirdə düşən pərdə divarından son anda yayına bildi.

Biz vergiləri əhəmiyyətli dərəcədə azaldırıq və könəlmiş gəlir kəsintilərini aradan qaldırıq
Donald Tramp

Tramp orta-sinif və zəngin amerikalıların vergilərini azaldacağını, illik gəlirlərinin 25 min dollardan az olanları isə vergidən azad edəcəyini vəd edib. O həmçinin korporativ vergiləri də yarı-yarıya və bizneslərin vergilərini azaldacağını açıqlayıb. Hər iksinin məqsədi isə iş yerlərinin sayını artırmaqdır.

“Biz vergiləri əhəmiyyətli dərəcədə azaldırıq və könəlmiş gəlir kəsintilərini aradan qaldırıq.”

Trampın Respublikaşı rəqibləri buna münasibət bildirməyiblər. Senator Marko Rubio isə radio müsahibəsi zamanı bu məsələ ilə bağlı empatik şərh verib.

“Mənim bu əcaib şounun parçası olmaq kimi bir fikrim yoxdur.”

Prezidentliyə öndə gedən Demokrat namizəd Hillari Klinton Trampın təklifini qınayıb və bildirib ki, bu plan ən çox varlılara faydalı olacaq. Amma həm o, həm də Tramp hedc fondları kimi spekulyatorlara vergidən yayınmağa kömək edən qanun boşluqlarını tənqid edirlər.

Karli Fiorina
Karli Fiorina

Tramp bazar erətsi Tramp Qülləsindəki ofisində xristian və yəhudi ruhaniləri ilə görüşündə müsbət qarşılanıb.

“O bizim dəstəyimizi qazanmaq üçün bizi qane etməyə çalışmırdı. O bizimlə bizlərdən biri kimi danışırdı.”

Amma rəy sorğuları milyarderin Respublikaçı qəriblərinin ona yetişdiyini göstərir. Keçmiş cərrah Ben Karson sorğularda Trampdan sadəcə bir faiz geridədir.

“Bu, bizim küçələrdə müşahidə etdiklərimizi əks etdirir – coşğulu böyük kütlələr."

Bazar ertəsi sabiq biznes icraçısı Karli Firoinanın keçirdiyi seçki kampaniyasında çıxışı zamanı arxasındakı pərdə divarı çöküb.

Fiorina hətta zarafatla bu hadisənin Tramp və ya Klinton tərəfindən təşkil olunduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG