Accessibility links

Donald Trampın çıxışında NATO və Çinlə bağlı mesajlar yer alıb [Video]


Dünya liderləri Donald Trampın çərşənbə günü Konqres qarşısındakı ilk çıxışından nəticə çıxarmağa çalışırlar. ABŞ prezidenti Amerikanın NATO qarşısındakı öhdəliyindən və yeni qlobal ticarət sistemi yaratmaq planından bəhs edib.

Hətta bir çox Respublikaçı ona deyir ki, Dövlət Departamentinin xərclərindən və ya ABŞ-ın xarici ölkələrə yardımından kəsib, hərbi xərcləri bu qədər artırmaq yanlışdır.

Donald Tramp dəfələrlə Amerikanın maraqlarını önə çəkəcəyini vəd edib. Çərşənbə axşamı Konqres qarşısında söylədiyi nitqi ölkədaxili kütləyə yönəldilsə də, prezidentin bu çıxışı bütün dünya tərəfindən yaxından izlənib.

“Amerikanın liderlyi dünya boyu bütün müttəfiqlərimizlə bölüşdüyümüz çox mühüm təhlükəsizlik maraqlarına əsəslanır. Biz faşizmi devirən iki Dnüya Müharibələri eləcə də kommunizmi məğlub edən Soyuq Müharibə nəticəsində yaranan ittifaq, yəni NATO-nu dəstəkləyirik. Amma bizim tərəfdaşlarımız da maliyyə öhdəliklərini yerinə yetirməlidir.”

Londonda faəliyyət göstərən Avropa İslahat Mərkəzindən İan Bond deyir ki, Trampın daha yumşaq tonu alqışlanıb.

“O, NATO-nun artıq köhnəldiyini təkrarlamayıb və əksinə təşkilatın vacibliyini vurğulayıb. Lakin bununla yanaşı hər ölkənin ödəmələri yerinə yetirməli olduğunu deyir, sanki ABŞ mühafizə xidmətinin təminatçısıdır.”

Prezident Tramp Amerika tarixində milli müdafiə xərclərində ən yüksək artımı vəd edib.

“Hətta bir çox Respublikaçı ona deyir ki, Dövlət Departamentinin xərclərindən və ya ABŞ-ın xarici ölkələrə yardımından kəsib, hərbi xərcləri bu qədər artırmaq yanlışdır.”

Pekində fəaliyyət göstərən China Policy araşdırma qrupundan Deyvid Kelli deyir ki, ABŞ-ın xarici ölkələrə müdaxiləsinin azaldılması dünyanın ikinci ən böyük iqtisadiyyatı üçün bir fürsət olaraq görüləcək.

“Tramp Çinə diplomatik baxımdan isitismar də biləcəyi böyük sahə buraxır,” o bildirir.

Donald Tramp dəfələrlə qlobal ticarət sistemini Amerikaya fayda verməməkdə günahlandırıb və buna görə Pekini nəzərdə tutub.

“Cin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzv olandan bəri biz 60 min zavod itirmişik.”

Konqresdəki çıxışı zamanı Tramp federal məhkəmələrin ləğv etdiyi yeddi müsəlman ölkəsinin vətəndaşlarına tətbiq olunan səyahət qadağasından bəhs etməyib.

Cin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzv olandan bəri biz 60 min zavod itirmişik.

O, İslam Dövləti terror qupunu məhv edəcəyini vəd etsə də, sələfindən fərqli olaraq, çıxışında Afrikanı qeyd etməyib.

“Biz bu bir ayda bu administrasiyadan Afrika ilə bağlı siyasətinin nə olacağı barədə heç nə eşitməmişik. Hələ heç dövlət katibinin yardımçısı belə təyin olunmayıb. Bir çox ölkəyə səfirlər də təyin olunmayıb. Bunlardan biri Cənubi Afrikadır.”

Prezident Trampın çıxışının balanslı tonu çoxları tərəfindən alqışlansa da,təhlilçilər deyir ki, bir çox dünya lideri prezident Trampın “Amerika əzəmətinin yeni dövrünə başlamaq vədi”nin nədən ibarət olacağını bilmək istəyir.

XS
SM
MD
LG