Accessibility links

ABŞ-da keçirilən ictimai rəy sorğusu göstəriri ki, milyader Donald Trump və təqaüddə olan cərrah Ben Karson 2016-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd olaraq demək olar ki, eyni populyarlığa sahibdirlər.

Quinnipiak Universiteti tərəfindən keçirilən rəy sorğusunun nəticəsinə görə, Respublikaçılar arasında 24 faiz səs toplayan Trump, Karsondan bir faiz irəlidədir.

Rəy sorğularında Florida ştatının senatoru Marko Rubio 14 faiz səslə 3-cü yeri tutub.

Demokratlar arasında keçirilən rəy sorğularında isə sabiq dövlət katibi Hillari Klinton 53 faiz səslə 35 faiz səs toplayan senator Berni Sandersi keçib.

Hər iki partiya ilk prezidentliyə namizədlik nominasiyaları fevral ayında Ayova və Nyu Hempşir ştatlarında keçirəcək.

XS
SM
MD
LG