Accessibility links

Donald Tusk Azərbaycan prezidenti və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb


İlham Əliyev və Donald Tusk

İlham Əliyev və Donald Tusk

İyulun 22-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun president İlham Əliyev və vətəndaş cəmiyyətinin təmsliçiləri ilə görüşüb.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidentinin səfərini əlaqələrin inkişafında mühüm addım adlandırıb.

“Biz əlaqələrimizin inkişafından çox razıyıq. Biz çox şeyə nail olmuşuq və sözsüz ki, gələcək üçün planlarımız var”, Əliyev qeyd edib.

Azərbaycan prezidenti səfərin gündəliyinin çox geniş olmasından, Azərbaycan, Avropa və regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən bir çox sahələri əhatə etməsindən razılığını bildirib.

“Biz sözsüz ki, əsas diqqəti siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, enerji təhlükəsizliyi və digər ənənəvi sahələrə cəmləşdirməklə tərəfdaşlığımızı dərinləşdirməyi, əlaqələri intensivləşdirməyi və əməkdaşlıq üçün yeni sahələr tapmağı planlaşdırırıq”, o qeyd edib.

Əliyev həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələri yüksələcəyini və qarşılıqlı şəkildə faydalı, Avropa və Azərbaycanın maraqlarını, regional təhlükəsizlik və regional inkişaf kimi məsələləri əks etdirən yeni mərhələyə qədəm qoyacağını da bildirib.

Donald Tusk deyib ki, onun səfəri əlaqələrin vacibliyi baxımından böyük əhəmiyyət kəsb edir.

“Enerji Birliyi” adlanan ideya baxımından əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Avropa olaraq bizim üçün bu sahədə əməkdaşlığımız təkcə işbirliyindən ibarət deyil, əslində bu, enerji resursları marşrutlarının şaxələndirilməsi üçün strateji seçim və strateji imkandır”, o qeyd edib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündə Helsinki Vətəndaş Assambleyasının sədri Arzu Abdullayeva, vəkil Xalid Bağırov, hüquq müdafiəçisi Səidə Qocamanlı, Səmərəli İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl və Marşall Fondunun nümayəndəsi Mehriban Rəhimli iştirak edib.

Abdullayevanın Turan agentliyinə bildirib ki, Tuska vətəndaş cəmiyyətinin problemləri və siyasi məhbuslar məsələsi ilə bağlı məlumat verilib.

Onun sözlərinə görə, Tusk fəallara Aİ-yə mövcud problemlərin həlli üzrə təkliflər verməyi təklif edib. Həmçinin, Qarabağ münaqişəsi məsələsi müzakirə olunub.

Abdullayeva qeyd edib ki, Tusk demokratiyanın Aİ üçün prioritet məsələ olduğunu bildirib.

Şəhla İsmayıl öz növbəsində bildirib ki, Tusk da Aİ-nin digər yüksək vəzifəli məmurları kimi, Azərbaycanda demokratikləşmə məsələsinə birmənalı dəstək ifadə edib.

XS
SM
MD
LG