Accessibility links

Qubad İbadoğlu: Trampın prezident seçilməsi dünya fond birjaları və bazarları çalxalayır


Fond birjası

Fond birjası

Donald Trampın prezident seçkilərində qalib olması dərhal bazarlara təsir edib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu Donald Trampın prezident seçilməsinin bazarlara və fond birjalarına təsirlərindən yazıb. Onun facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik.

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

ABŞ-da prezident seçkilərində, senat və konqresdə respublikaçıların qələbə qazanması, Donald Trampın prezdient seçilməsi dünya fond bazarlarına, maliyyə və əmtəə birjalarına da təsirsiz ötüşməyib. İlkin təsirlər nəticəsində dünya fond birjalarında Dow Jones, S&P 500, FTSE 100 Future, Nikkei indeksləri üçün fyuçerslər aşağı düşüb. Avro, ingilis funtu, isveç kronu dollara görə dəyər qazanıb, neft ucuzlaşıb, qızıl bahalaşıb.

Hazrıda dünya bazarları təlatüm içərisindədir. Qısa bir müddətdə ABŞ bazarını xarakterizə edən S&P 500 indeksi üçün fyuçerslər 5 faiz, Avropa bazarını

Fond birjası

Fond birjası

xarakterizə edən Euro Stoxx indeksi üçün fyuçerslər 50 4,3 faiz, Asiya Sakit okean bazarını xarakterizə edən MSCİ indeksi üçün fyuçerslər 2,6 faiz faiz dəyər itirib. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir.

Meksika pesosu ilk dəfə olaraq 12 faiz aşağı düşərək, 1 dollara 20 peso həddinə yaxınlaşıb, yapon iyenası bütün valyutalara nisbətdə qalxıb, qızıl Brexitdən sonra 3,3 faiz bahalaşıb, neftin qiymətləri 1,7 faiz aşağı düşüb, ABŞ xəzinədarlığı 10 illik istiqrazları
1,8 faizədək ucuzlaşıb.

Bu hələ son deyil və təbii ki, bu dəyişikliklər davamlı və kəskin olarsa Azərbaycan iqtisadiyyatına və manatında da təsirsiz ötüşməyəcək.

Show comments

XS
SM
MD
LG