Accessibility links

Ukraynanın şərqindəki Rusiyapərəst separatçıların lideri bildirib ki, üsyançı qüvvələr prezident Petro Poroşenkonun geniş sülh planının ilk addımı kimi keçən həftənin cümə günü bəyan etdiyi təktərəfli atəşkəsə riayət edəcək

Aleksandr Boroday bunu bu gün Ukrayna hökumət nümayəndələri ilə üsyançı liderlər arasında başlayan danışıqlar zamanı bəyan edib. Özünü müstəqil elan etmiş "Donetsk Xalq Respublikası" separatçılarının baş naziri Boroday deyib ki, atəşkəs cümə gününədək davam edəcək. Hökumətin elan etdiyi bir həftəlik atəşkəs bu həftənin cümə günü başa çatır. Onun sözlərinə görə, onun təmsil etdiyi tərəf böhrana son qoymaq üçün danışıqlarda iştirak edəcək.

Yayılan məlumatlara görə, Donetsk danışıqlarında Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov və rusiyapərəst siyasi təşkilat olan "Ukraynaının Seçimi"nin lideri və Rusiya prezidenti Vladimir Putinin yaxın adamı hesab edilən Viktor Medvedçuk iştirak edir. Danışıqlara habelə separatçı Luqansk Xalq Respublikasının nümayəndələri və ATƏT-in təmsilçiləri qatılıb.

Prezident Poroşenkonun ofisi bildirib ki, sabiq prezident Kuçma danışıqlarda hazırki Ukrayna prezidentini təmsil edir.
XS
SM
MD
LG