Accessibility links

Ukraynada prezident seçkilərinə iki gün qalmış ölkənin şərqində hökumət qüvvələri ilə separatçılar arasında döyüşlər davam edir. Kiyevdən rəsmilərin və şahidlərin dediyinə görə, qarşıdurmalar Semyonovka, Rubejnoye şəhərlərində və Donetsk bölgəsində olub.

Separatçıların çümə axşamı Donetskdə hökumət qüvvələrinə etdikləri hücum zamanı 13 hərbçinin öldüyü bildirilmişdi.

BMT baş katibi Ban Ki Mun hücumları qınayaraq, seçkilərin azad və ədalətli keçməsi üçün hər iki tərəfin səylərini artırmalı olduqlarını deyib.

Ukrayna rəsmiləri Moskvanın könülsüz dəstək verdiyi seçkiləri pozmaq üçün Rusiyanı münaqişəni qızışdırmaqda ittiham edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu gün mətbuat konfransında etdiyi çıxışı zamanı Qərbin Rusiyaya qarşı soyuq müharibə dövrünün taktikalarından istifadə etdiyini deyib və Qərbi böhranın dərinləşməsində ittiham edib.
XS
SM
MD
LG