Accessibility links

Ukraynanın separatistlərin əlində olan Donetsk şəhərində qızğın döyüşlər gedir.

Döyüşlər zamanı iki nəfərin həlak olduğu, ticarət mərkəzi və bir evə ziyan dəydiyi bildirilir.

Donetskin regional səhiyyə mərkəzi 73 adamın xəsarət aldığını bildirir. Son 3 gün ərzində 116 adam yaralanıb. Mart ayının birindən bu şəhərdə 839 adam həlak olub, 1623 nəfər yaralanıb.

Moskvanın humanitar yardım daşıdığı iddia edilən 300 yük maşını isə Ukrayna sərhədlərinə yaxınlaşmaqdadır.

Maşınların nə daşıdığı və son dayanacağına dair mübahisələrə görə Rusiyanın Voronej şəhərində dayandırılan maşınlar artıq yola düşüb.

Rusiyanı separatistləri silah və digər hərbi avandanlıqla təmin etdiyində günahlandıran Ukrayna humanitar yardımla bağlı şübhələrini dəfələrlə təkrar edib. Moskva isə bu ittihamları absurd adlandırır.

Ukrayna Rusiyanın xoş məramının yalnız Qırmızı Xaç Təşkilatı tərəfindən yoxlandıqdan sonra qəbul edilə biləcəyini deyib.

Rəsmi Kiyev bildirib ki, Rusiya yükləri sərhəddə Qırmızı Xaca təhvil verə bilər.

Yardım təşkilatları Donetsk və Luqanskda tibbi ləvazımat, su və elektrikə ehtiyac olduğunu bildirir.

ABŞ Dövlət Departamenti silah daşınmadığında əmin olmaq üçün yüklərin sərhəddə yoxlanmasına dair Ukraynanı dəstəklədiyini bəyan edib.

BMT-nin insan haqları şöbəsinin bildirdiyinə görə, apreldən başlayan döyüşlər nəticəsində 2100 insan həlak olub.

Bu arada Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının nümayəndələri ilə ilhaq etdiyi Krımın Yalta şəhərində görüş keçirir.

Ukraynadakı vəziyyətə toxunan Putin bildirib ki, Ukrayna qanlı xaos və qətllərə səhnə olub.

Rusiyanın dövlət başçısı ölkəsinin Ukraynada qan axıdılmasına son qoyulması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

XS
SM
MD
LG