Accessibility links

Donetsk və Luqanskda suverenlik referendumu keçirilib [Yenilənib]


Rusiyapərəst üsyançılar Ukraynanın şərqində müstəqilliyə dair referendum keçirsə də, Ukrayna hökuməti səsverməni "kriminal məzhəkə" adlandırıb.

Ukrayna əhalisinin 15 faizini təşkil edən Donetsk və Luqansk regionundakı seçicilər bu gün səsvermədə iştirak edib.

Rəsmi Kiyev, Birləşmiş Ştatlar və Ukraynanın Avropadakı müttəfiqləri referendumun legitim olmadığını bildirib. Kiyevin açıqladığı bəyanatda deyilir ki, bu referendumun Ukraynanı ərazi bütövlüyünə və suverenliyinə heç bir hüquqi təsiri ola bilməz.
-----------------------------------------------------
Bu gün Ukraynanın şərqindəki iki regionda suverendumla bağlı referendumda səsvermə başlayıb.

Səsvermə Ukraynada siyasi böhranın daha da dərinləməsinə işarədir ki, bu da Qərb-Şərqin müsanibətlərinin Soyuq Müharibədən sonra ən gərgin vəziyyətinə gətirib çatırır.

Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov referendumu dəstəkləyənlərə xəbərdarlıq edərək bildirib ki, regionların müstəqilliyi uçuruma aparacaq. O, üsyançılara müraciət edərək onları şərqə daha böyük muxtariyyət verilməsinə dair danışıqlara qatılmağa çağırıb.

Bugünkü səsvermə Donetsk və Luqansk regionlarının müstəqilliyinə yönəlmiş referendumdur. Səsvermənin kimin tərəfindən təşkil edildiyi tam bəlli deyil və seçicilərin və səslərin müəyyən edilməsinə nəzarət yoxdur. Referendum Kiyevdə və Qərb ölkələrinin paytaxtlarında sərt tənqidlərə məruz qalıb.
XS
SM
MD
LG