Accessibility links

Ukraynanın şərqində Donetsk hava limanında bir ay bundan əvvəl atəşkəs haqda razılığın əldə edilməsinə baxmayaraq, Ukrayna hərbi qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında son altı ayda ən şiddətli hərbi toqquşma baş verib.

Ukrayna hərbi qüvvələri aprel ayından 3500 insanın ölümünə səbəb olan döyüşlərə son qoymaq məqsədil əldə edilən atəşkəsin pozulmasına görə seratçı üsyançıları günahlandırıb. Kiyev hökuməti son toqquşma zamanı Ukrayna hərbi qüvvələrinin iki əsgərinin öldüyünü, 24 saat ərzində 32 nəfərin yaralandığını bildirib.

Donetsk hava lmanı rəsmi Kiyev və üsyançılar tərəfindən regionin nəzarətində əsas obyetklərdən biri kimi baxır. Kiyev hökuməti silahlı qüvvələrin üsyançıların hava limanı da daxil olmaqla onların mövqelərinə atəş açmasını dayandırmayana qədər geri çəkilməyəcəyini bildirib. Üsyançılar isə nəqliyyat mərkəzi də daxil olmaqla, strateji binaların nəzarətin əldən verilməsinə maraq göstərmir.

XS
SM
MD
LG